Friday

məni düzgün başa düş

zamir təzə video çəkib. bakının intim məqamlarını göstərib. layihənin ideyasını bəyəndim. müəllif bizdən onu başa düşməyimizi istiyir (smile)
izləyici sehiri mənim üçün pozulub. çünki montajı mən eləməli oldum. amma izləyici kimi baxsaydım yəqin ki ən xoşuma gələn kadr video tezləşəndə güzgüdəki kişinin köynəyini yığmağı olardı.

Sunday

yaxşıydı

martın 9-u berlində aksiya keçirildi. əsgər ölümlərinə son məsələsinə görə. hər şey yenə ənənəvi formada baş verdi. 5-10 nəfər əlində kağıznan bayrağnan düzüldü yanyana sonra da dağılışdı. istisna jamalın gitarasıynan gəlib 1-2 mahnı oxumağı oldu. ona da axırda dedilər ki biraz şən mahnılar oxu (?)
ora gələn bütün insanları bir-bir çəkdim. yalnız bir qızı videodan çıxartmalı oldum. üzü gülürdü. adı deyəsən vüsaləydi. vüsalə bu yazını oxuyursansa incimə. gülüşün də gözəliydi. montajda gücnən kəsdim. 
ağsaqqalların simaları xoşuma gəldi. 


Stop den Soldaten Morden from Ferdi Hus on Vimeo.

Saturday

kilsə

Milad bayramında kilsəyə getmişdim. katolik kilsəsiydi. divardakı bütün şəkillərdə isa peyğəmbərin belinə özü boyda xaç yüklüyüb ora-bura sürüyürdülər. bəzi şəkillərdə xaçsız da sürüyürdülər. bir dənə də şəkil tapmadım ki, baxım ruhum şad olsun, gedib bir dənə şam alıb yandırım. dünən xırda bir möcüzə baş verdi. bu şəkil qabağıma çıxdı. isa daşın üstündə tək oturub. bu dəfə ətrafında hay-həşir yoxdu. qəribə gəldi. biraz da xoşuma gəldi. elə bil özü də bezib həmin şəkillərdən.

Sunday

İkarus

atası İkarusa qanad düzəldir. deyir oğlum, biz bu adadan çıxmalıyığ, adam ol çox göynən uçma. İkarus da qayıdır ki get siktir. qanadım varsa günəşə kimi uçacam. biraz uçur, qanadları əriyir, düşür dənizə.